banner
banner

Gündəm

General polislə azarkeşlərin davasından danışdı- “Heç kim həbs edilməyib...”

General polislə azarkeşlərin davasından danışdı-

““Qəbələ”-“Apollon” qarşılaşmasında baş verəcək gərginliyi biz gözləyirdik. Bu barədə bizi xəbərdar etmişdilər. Qonaqlar öz təhlükəsizliklərinin təmin olunması üçün bizə müraciət etmişdi. Çünki ilk oyunda nələr baş verdiyini hamımız bilirdik”. 

Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov deyib.

Onun sözlərinə görə, axşam stadionda azarkeşlərin polis tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil: “Polis kimisə döyərək həbs etməyib. Oyun bitdikdən sonra azarkeşlər özlərini həddindən artıq çılğın aparıblar. Qonaq komandanın azsaylı azarkeşlərinə qarşı xoşagəlməz ifadələr səsləndiriblər. Getdikcə gərginliyin artmasından ehtiyatlanan polis müdaxilə etmək məcburiyyətində qalıb və sakitləşdirici tədbirlər həyata keçirib”.

Səhlab Bağırov bildirib ki, axşam azarkeşlərin yersiz çılğınlığı və futbola aid olmayan şüarlar səsləndirmələri polisin xidməti vəzifəsini yerinə yetirməsinə maneə yaradıb: “Amma bütün hallarda axşamkı oyunda heç kim həbs edilməyib. Sadəcə prosesin daha da kəskin şəkil almaması üçün önləyici tədbirlər görülüb”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.