Günay rəsmi şəkildə boşandı- əri Türkiyəni tərk etdi
Dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Bir müddətdir amerikalı model Saşa ilə münasibətdə olan Tolqa boşandıqdan sonra Türkiyəni tərk etmək qərarına gəlib. Oğlu Cihangir və keçmiş xanımı Günayın qardaş ölkədə yaşayacağını bildirən aktyor mənəvi cəhətdən çox yorulduğunu deyib.
Amerikanın Florida ştatına yola düşən Karel bundan sonra yalnız oğlunu görmək üçün Türkiyəyə gedəcəyini söyləyib. O, sevgilisi isə Mayamidə məkan açıb işlədəcəyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.