banner
banner

Dünya

ABŞ prezidenti məzuniyyətə çıxıb

ABŞ prezidenti məzuniyyətə çıxıb
ABŞ prezidenti Barak Obama avqustun 23-dək məzuniyyətə çıxıb.
 
APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı məzuniyyətini Atlantik okeanda yerləşən Martas-Vinyard adasında keçirəcək.
 
Obamanı səfərdə ailə üzvləri ilə yanaşı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays və Ağ Evin baş müşaviri Valeri Carrett müşayiət edir.
 
Ağ evin məlumatına görə, məzuniyyət dövründə dövlət başçısının iştirakı ilə hər hansı tədbirin baş tutması nəzərdə tutulmayıb.
 
Qeyd edək ki, Barak Obama  yay məzuniyyətini ənənəvi olaraq Martas-Vinyard adasında keçirir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.