İnformasiya təhlükəsizliyi (İB) sahəsində həllərin hazırlanması ilə məşğul olan “Websense” şirkəti istifadəçilərin fərdi kompüter və mobil qurğularına edilən kiberhücumların sayının azalmasını proqnozlaşdırır.
Bununla belə, onlar ehtimal edir ki, fırıldaqçılıq hücumlarının mürəkkəbliyi artaraq daha məqsədyönlü hal alacaq.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər xəbərdarlıq edirlər ki, bir çox mobil tətbiqlər avtomatik giriş sistemlərindən istifadə edir və kibercinayətkarlar istifadəçilərin qeydiyyat məlumatlarının ələ keçirilməsi üçün bundan istifadə edəcəklər.
"Kiberhücumların xarakteri dəyişir: şəxsi identifikasiya informasiyasını (Personally Identifiable Information, PII) ələ keçirmiş cinayətkarlar ondan daha sonra istifadə edə bilərlər. Gələcəkdə belə hücumların güclənəcəyi gözlənilir" – “Websense”in satış meneceri Acay Dubey belə deyib.
Ekspertlər, həmçinin səhiyyə sektorunda kiberfırıldaqçıların yüksək aktivliyini gözləyirlər. Çünki ələ keçirilmiş tibbi məlumatlardan müxtəlif hücum və fırıldaqçılıq növləri üçün istifadə mümkündür. "Xəstələr haqda məlumatın rəqəmli formata keçirilməsi ilə əlaqədar tibbi müəssisələrin əksəriyyəti fərdi məlumatların mühafizəsinə daha çox diqqət ayırmağa başlayıb" – “Websense” şirkətinin tədqiqatında yazılıb.
Mütəxəssislər bildiriblər ki, ümumilikdə dünya qlobal kibermüharibənin astanasındadır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.