banner
banner

Sosİal

Qafqazın ilk "halal çimərliyi”

Qafqazın ilk "halal çimərliyi”

Çeçenistanda yalnız qadınların gedə biləcəyi bir çimərlik açılıb. 

Geniş sahəni əhatə edən istirahət yeri 3 metr hündürlüyündə hasarla əhatə edilib, qum isə Xəzər dənizi sahilindən gətirilib.

Çimərliyə yalnız qadınlar, qızlar və anası, bacısı və nənəsi ilə gələn 12 yaşadək olan oğlan uşaqları buraxılır. Eyni zamanda çimərliyə gələn qadınların müsəlman olması da vacib deyil. Buraya istənilən dini düşüncə sahibləri gələ bilərlər. İstirahət mərkəzində eyni vaxtda 1000-ə yaxın qadın istirahət edə bilər.

Çimərlikdə kafe, tibbi məntəqə və namaz otağı da var. Bütün işçilər isə zərif cinsin nümayəndələridir. Hətta xilasedicilər belə Fövqəladə Hallar Nazirliyində işləyən qadınlardır.

Çeçenistanın Qudermes şəhərində də buna bənzər istirahət mərkəzi var. Burada bir akvapark hasarla tən ortadan bölünüb. Qadınlar və kişilər ayrı-ayrılıqda istirahət edirlər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.