22-25 dərəcə istilikdə dənizə girib çıxan hər kəsi qısa bir üşütmə tutur. Ancaq bəzi insanların üşüməsi heç keçməz. Səbəbləri isə müxtəlifdir.
Normalda bu istidə dənizə girib çıxan insanın bir dəqiqə üşüməsi normaldır. Elə adamlar da var ki, onlarda bu titrəmə heç cür keçmir və dənizdən qaçaraq çıxırlar. Qansızlıq, tiroid xəstəlikləri, şəkər, bəzi hormonal xəstəlikləri, astma, sinusit, KOAH kimi problemlər buna yol açır.
İnsanlar avtomatik istilik nəzarət mexanizmi olan canlıdır. Bu nəzarət sistemi avtomatik işləyən bir termorequlyatuar sistemdir. Adaptasiya mexanizmi sayəsində qonşuluqdakı isti otağa girəndə tərləməyə başlayırıq, su içmək istəyirik, üstümüzdəki geyimləri tez çıxarırıq, sərin bir yer axtarırıq. Soyuq bir yerə girərkən isə əksinə, tüklərimiz biz-biz olur, enerji sərf etmək üçün asqırır, öskürür, titrəyirik. Məqsəd isə ən qısa yolu tapıb bədəni isitməkdir.
Əsasən menstruasiya zamanı qadınlarda istiliyə nəzarət mexanizminin soyutma tərəfi korlanır. Bəzi insanlarda isə bu, doğuşdan olur.
Yayda çox vaxt birbaşa günəş şüaları vurmasın deyə uzun geyinirik. Ancaq bu, etdiyimiz yanlışdır. Gün ərzində ən az yarım saat bədənimiz günəşlə təmas etməlidir. Bu, D vitamini sintezi üçün çox vacibdir.
Çox geyinmək insanı üşüməkdən qorumaz. Əksinə, getdikcə daha çox üşüdüyünüzü hiss edə bilərsiz.
Bu problemin yaranmasına hansısa xəstəlik səbəbdirsə, müalicədə kortizon tərkibli dərman preparatları da təyin edilir.
Bundan başqa, insanların boy-çəki balansı pozulanda istiliyə nəzarət mexanizmi də pozulur. Buna görə ideal çəkidə olmaq vacibdir. Hərəkətdə olmaq, idman etmək çox vacibdir. Bədənimizin kombi olduğunu düşünsək, açıq damarlar da bu sistemin su borularıdır. Damarları tıxayan iki şey isə siqaret və yüksək xolesteroldur. Siqaret çəkməyin, yağ balansını tənzimləyin. Ard-arda isti-soyuq su duşları qəbul edin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.