Bekhemdən onu qınayanlara cavab: "Buna ixtiyarınız çatmır"
Keçmiş futbolçu Devid Bekhem onu qızı Harperi düzgün tərbiyə etməməkdə günahlandıranlara cavab verib. Cia.az-ın xarici mətbuata istinadən məlumatına görə, Devid İnstaqram səhifəsində yazıb:
“İnsanlar nə üçün düşünürlər ki, onlar valideynlərin tərbiyə üsulunu tənqid edə bilərlər. Uşağı olan hər bir valideyn bilir ki, övladı ağlayarsa, onu sakitləşdirməyin ən yaxşı yolu əmzikdir. Ana-atanı ittiham etməzdən əvvəl iki dəfə fikirləşin. Sizin buna ixtiyarınız çatmır”.
Qeyd edək ki, paparassilər Bekhemin 4 yaşlı qızı Harperi əmziklə görüntüləmiş və bu, uşağın düzgün tərbiyə olunmaması kimi dəyərləndirilmişdi. Ekspertlər hətta bunun uşaqda nitq qüsuruna yol açdığını bildirmişdilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.