banner
banner

Sağlamlıq

Oynaq ağrılarından xilas edən - TƏBİİ MƏLHƏMLƏR

Oynaq ağrılarından xilas edən -

Oynaq ağrıları ilə insanların əksər hissəsi üzləşir. Əgər belə ağrılar sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliklərin simptomu ola bilər.

Xalq təbabəti oynaqlarda ağrıları azaltmaq üçün çox təsirli vasitələri təqdim edir. Bu vasitələr oynaqlarda ağrıları və iltihabı azaldır, oynağın hərəkətliliyini yaxşılaşdırır. Təbii ki, bu və ya digər xalq təbabəti vasitələri istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Beləliklə, oynaq ağrıları zamanı təbii məlhəmlər:

- 1 çay qaşığı qırmızı istiot (toz halında) 1 xörək qaşığı lanolin və ya vazelinlə yaxşı qarışdırılır və az miqdarda olmaqla ağrıyan oynağa çəkilir, sonra oynaq plyonka və yun şərflə örtülür. Dəri sağlam olmalıdır - dəridə yaralar və s. varsa, məlhəmi istifadə etmək olmaz.

- 50 qr xardal tozu, 50 qr kamfora yağı, 50 qr tibbi spirt, 3 yumurta sarısı yaxşı qarışdırılır və 1 gün ərzində sərin qaranlıq yerdə saxlanılır. Daha sonra məlhəmi az miqdarda olmaqla ağrıyan oynağa çəkmək olar.

Hazır məlhəmləri soyuduca saxlamaq lazımdır.

Bu məlhəmləri istifadə etdikdə diqqətli olun - allergik reaksiyalar baş verə bilər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.