Aktyor Tom Kruzdan boşandıqdan sonra fikrini karyerasına yönəldən aktrisa Keti Holms çəkiliş meydançasında kameralara tuş gəlib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda alış-veriş mərkəzində səhnələrdən birinin çəkilişi zamanı aktrisa ssenariyə uyğun olaraq geyindiyi mini libası üzündən çətinliklər yaşayıb. 36 yaşlı Keti dayanmadan libasını aşağı dartmalı olub.
Eyni zamanda rol aldığı “All We Had” (“Bizim olan hər şey”) filminin rejissorluğunu edən Holms ekran işində övladını təkbaşına böyüdən ana obrazını canlandırır.
Qeyd edək ki, Keti Holms real həyatda da qızı Surini təkbaşına böyüdür. Tom Kruzun aylardır övladına baş çəkmədiyi iddia edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.