1990-cı illərin seks-simvolu sayılan 57 yaşlı aktrisa Şeron Stoun “Harper's Bazaar” jurnalı üçün soyunub. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa dərginin sentyabr sayı üçün fotosessiyada iştirak edib. Şeron “Əsas instinkt” filmindəki rolunun rejissor Pol Verxoven tərəfindən ona “Playboy” jurnalındakı fotosessiyasından sonra təklif edildiyini deyib. O, əvvəlki fotosessiyalarından fərqli olaraq, indi özünə daha çox güvəndiyini söyləyib:
“Dünya gözəli olmaq fikrim yoxdur, amma bilirəm ki, seksuallıq sinənin və ya yançağın böyük-kiçikliyi ilə ölçülmür. Həyatından razı olmaq və özünəinam bunun üçün kifayət edir”.
Şəxsi həyatından da danışan aktrisa heç kimlə münasibətinin olmadığını deyib:
“Məni heç kim görüşə çağırmır. Çox axmaqcasına səslənir, amma bilmirəm nə edim. Kiminləsə sadəcə münasibət xətrinə əlaqə quranda kişilər bunu başa düşmür. Onlar o saat “o necə də qayğıkeşdir” deyib evlənmək haqda düşünürlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.