"Hazard Messi və Ronaldunun səviyyəsinə çata bilər"
İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi oyunu "Etihad" stadionunda baş tutacaq. Son çempion "Çelsi" iddialı "Mançester Siti"nin qonağı olacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Siti"nin kapitanı Vensan Kompani bu görüşdən öncə fikirlərini bildirib. O, zarafatla həmyerlisi Hazardın xəstələnməsinə ümid etdiyini deyib.
"Ümid edirəm ki, oyun günüdə Hazardın qarnı ağrıyar. İndi isə ciddi. Həqiqətən, onun "Çelsi"dəki rolunu qiymətləndirməmək olmaz. Hazardın səviyyəsini göstərməsini gözləyirik. Ötən həftə "Suonsi Siti" qarşı ilk hissədə çox nəzərə çarpmadı. Amma London klubu meydanda azlıqda qalandan sonra ən təhlükəli futbolçu elə Hazard idi. O, sürəti sayəsində 3-4 müdafiəçini keçirdi. İstənilən qədər taktiki plan olsa da, Eden qaçmağa başlayanda xaos yaranır. Onun səviyyəsi "Chelsea"nin hansı gücdə olduğunu aydın göstərir. Hazardın istedadına baxanda onu Messi və Ronaldu ilə müqayisə etmək olar. Lakin onlar daha çox fərqlənirlər. İnanılmazdır. Heç vaxt mərc gəlmərəm ki, Eden onların səviyyəsinə çata bilməz. O, son illərdə o qədər inkişaf edib ki, gələcəkdə Messi və Ronaldunun səviyyəsinə də yetişməyə qadirdir. Hətta bu iki dünya ulduzundan geri qalsa belə, göstərdiyi performans diqqətəlayiqdir".
"Ötən mövsüm "Mançester Siti"nin nəticəsi məni qane etmədi. Sınaqlara hazıram. Artıq başa düşürəm ki, niyə müdafiəçilər meydana müntəzəm çıxanda özlərini yaxşı hiss edirlər. Xüsusən yaşları artanda..Mən məşqlərə yayın əvvəlində başlamışam. Ən yaxşı illərim hələ qabaqdadır. Con Terriyə baxın. Dörd il əvvəl deyirdilər ki, karyerasını başa vuracaq. Lakin son mövsümdə Premyer Liqanın ən yaxşı müdafiəçilərindən biri idi".
Belçikalı müdafiəçi rəqibin heyətində Tibo Kurtuanın cəzalı olmasına da toxunub. "Kurtua oyunda iştirak etməyəcək. O, inanılmaz qapıçı, nadir istedaddır. Bu yaşda xeyli sayda titulun sahibidir. Hara getsə, uğur qazanır. Kurtuanın özünəinamlı görünməsi müdafiə xəttinə də təsir göstərir. Hesab edirəm ki, "Çelsi" onun yoxluğunu hiss edəcək. Lakin onlar buna da bir həll yolu tapacaq".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.