Arda sevgilisinin tərəfini tutdu: "Ev onundur, mən qonağam"
Arda Turan sosial şəbəkədə sevgilisi Aslıhan Doğanı müdafiə edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnstaqramda futbolçunun Barselonadakı villasının fotosunu paylaşaraq “Home sweet home” (“Evim gözəl evim”) yazan Aslıhan istifadəçilərin söz atəşinə tutulub.
“Evi yiyələnmisən” yazan izləyicilər isə Ardanın sevgilisini müdafiə edən sözləri ilə qarşılaşıblar. “Ev onundur, mən qonağam” yazan futbolçunun bu hərəkəti alqışlarla qarşılanıb.
Qeyd edək ki, Arda Turan Barselonada kirayə tutduğu villasına ayda 5 min avro ödəyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.