Bir müddət əvvəl Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdik. Hətta, ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar vermişdilər.
Hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edilib. Həmin bahalı evləri təqdim edirik:
1. Bakıda Avropa hotelin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa
35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.
2. Bakıda, dəniz mənzərəli villa
Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat.
3. Bakının Teymur Əliyev küçəsi, Avesta Konserninin yaxınlığında villa
Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır.
4. Bakıdan bir qədər kənarda Şüvəlanda villa
Bu villa 4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 san/q olan evin döşəməsi İtalya istehsalı olan fosforlu , yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv metr, qiyməti 4 milyon manatdır.
5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa
Bu villa H. Cavid prospekti və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.
Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.