Müğənni İbrahim Tatlısəs əsəblərinə hakim ola bilməyib. Müayinə üçün yenidən Mayamiyə yollanan sənətçi 14 saatlıq uçuşdan sonra eşitdiyi xəbərlə sarsılıb. Belə ki, Tatlısəs ölkəsindən gələn şəhid xəbərləriylə sarsılıb. Müğənni sosial şəbəkədə bunları yazıb: “Amerikaya gəldim, amma əhvalım sıfırdır. 12 gəncimizi torpağa tapşırmışıq. Analar, bacılar ağlayıb, ürəkləri dağlanıb... Mən indi müalicəyə gəlmişəm, onun dərdini çəkim, yoxsa ürəyi qan ağlayan ana-atalarımızın? Daha bəsdir, bəsdir, bəsdir...”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.