Əmrahın hirsi soyumur: evi ilə bağlı yeni planı var
Müğənni Əmrah Bodrumdakı qalmaqallı evi ilə bağlı qərarını verib. Bodrumda qonşularının ailəsinə bıçaqlı hücumundan sonra ətrafdakı bütün evləri almaq qərarına gələn ifaçı başqa tədbirlər də görmək fikrindədir. Belə ki, Əmrah qış aylarında villasının həyətinə masalar qoyaraq burada suriyalı qaçqınlara yemək paylayacaq. Müğənninin evinin bağçasında aşxana açmaq layihəsinə iki iş adamı dostu da dəstək olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.