banner
banner

Gündəm

Səfir oğlu yanan binaya görə istintaqa cəlb olundu

Səfir oğlu yanan binaya görə istintaqa cəlb olundu

Tacikistandakı diplomatımızın oğlu Anar Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb 

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. “Report” saytının xəbərinə görə, Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib.



A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb. Qeyd edək ki, iş üzrə aparılan araşdırmalar çərçivəsində həbs edilən “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov Anar Həsənovun qayınatası, yəni səfir Abbasəli Həsənovun qudasıdır.
 
A.Həsənov 2012-ci ilin fevralında prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın  Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl o, Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan dəhşətli yanğına görə  poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub. 
 
 
Onlar  Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs- qətimkan tədbiri seçilib. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun da istintaqda dindirildiyi barədə xəbərlər var.  


Yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov hələ iyulun 26-da istintaqın yaxın 10 gündə bitəcəyini desə də, deyilən vaxtdan üç həftə ötməsinə baxmayaraq, bu barədə rəsmi məlumat hələ də yoxdur. 
 
Respublika Prokurorluğunun rəsmisi Eldar Sultanov bir müddət əvvəl bildirib ki, hadisənin baş verməsində təqsiri olan digər vəzifəli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.