“3 uşağımdan da imtina edirəm...”- Yoxa çıxan gəlin tapıldı
İyulun 31-i Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb.
Cia.az xəbər verir ki, Ucar rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar. Polis işçilərinin köməyi ilə rayona gətirilən qadın ailəsinə təhvil verilsə də əri, qayınatası və qayınanası Şəlaləni qəbul etməyiblər.
O, atasının evinə qayıdıb.
Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.
“Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm” - deyə Ş.Rüstəmova bildirib.
O həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.
Şəlalə Rüstəmova iyulun 31-i gecə saatlarında özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.