Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sosial şəbəkədə hicablı fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, model şəkli film çəkilişi zamanı çəkdirdiyini vurğulayıb.
Qeyd edək ki, G.Musayeva prezident Rəcəb Tayyip Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edən "Kod adı K.O.Z" filmində rol alacaq. Ekran işində 17 dekabr əməliyyatından (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.) bəhs olunacaq. Film 2015-ci ilin fevralında təqdim ediləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.