banner
banner

Dünya

Şimali və Cənubi Koreya razılaşdı: Danışıqlar başlayır

Şimali və Cənubi Koreya razılaşdı:
Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasında yaranan insidentə görə ən yüksək səviyyədə danışıqlar aparmaq barədə razılığa gəliblər.
 Bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, liderlərin ən yaxın köməkçiləri arasında görüş Cənubi Koreya ilə Şimali Koreya sərhədində yerləşən Pxanmuncda baş tutacaq.
 
Qeyd edək ki, Cənubi Koreya bir müddət öncə Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər quraşdırmışdı. Pxenyanın narazılığına səbəb olan bu addım sonradan tərəflər arasında qısamüddətli atışmaya səbəb olmuşdu. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.