banner
banner

Şou

"Gərək qadın olam..."

"Gərək qadın olam..."

Müğənni Kərim Abbasov Türkiyə səfərindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi səfərinin məqsədindən danışıb. O, tanınmış türkiyəli müğənni ilə duet oxumağa hazırlaşdığını deyib:

“Onun meneceri ilə görüşdüm. Bu layihəni gerçəkləşdirmək üçün 200 min manat pul lazımdır. Gərək evimi satıb o qədər məbləğ əldə gedim. Sonra nə edəcəyəm, kirayə yaşayacam? Ən yaxşı variant sponsor tapmaqdır. Kişiyə də sponsorluq edən olmur. Gərək qadın olam ki, kimsə sponsorluq etsin. Bu layihə gerçəkləşsə, Türkiyədə və Azərbaycanda böyük bir partlayış olacaq. Duet ortağımın adını açıqlamaq istəmirəm, baş hərflərini deyəcəm: M.B. Bəlkə aramızda Gövhər Həsənzadə vasitəçi ola, bu işi düzüb-qoşa”.
K.Abbasov şou-biznesdəki durğunluqdan da bəhs edib:

“İfaçılarımız bir-birlərini qırırlar. O deyir “mən yaxşıyam”, bu deyir “mən birinciyəm”. Şou-biznesdə durğunluqdur. Qış yuxusunda yatmışıq. Röya və Aygün Kazımova işləyir. A.Kazımovanın yeni mahnısını eşitdim. Dilləri varsa, dilçəkləri də var”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.