banner
banner

Sosİal

Çaylarımız quruyur

Çaylarımız quruyur

Yağıntıların düşməməsi şimal-qərb bölgəsində bəzi çayların qurumasına səbəb olub.

Son vaxtlar hava şəraitinin həddən artıq isti keçməsi və yağıntıların düşməməsi şimal-qərb bölgəsində bəzi çayların qurumasına səbəb olub. 
ANS TV-nin məlumatına görə, Şəki ərazisindən axan gursulu çaylardan olan Şin, Kiş hər zaman daşqınları ilə əhalini vahimədə saxlayır. Amma hazırda bu çaylarda suyun səviyyəsi yarıbayarı azalıb. 
 
MDB məkanında öz dağıdıcı gücünə görə ikinci yerdə duran Şin çayında gursululuqdan əsər-əlamət qalmayıb. Bu çay hazırda ensiz arxı xatırladır. Ərazidən axan digər iki çay Zəyzid vəKüngüt çayları isə tatamilə quruyub.
 
Rayon sakini İlqar Məsimov bu çayların tamamilə quruduğunu yağışların yağmaması ilə əlaqələndirdi. Suyun olmaması kənd təsərrüfatına ziyan vurur. 
 
Şəki Regional Hidrometrologiya İdarəsindən də çaylarda su ehtiyatının azalmasını orta illik tempraturun artması ilə izah edirlər. Hidrometroloqlar əhatə dairəsində olan 7 çayda su sərfləri üzərində ölçü işləri apararkən müəyyən ediblər ki, əvvəlki illərdə Kiş və Şin çaylarından saniyədə 1 -1.5 kub su keçirdisə, hazırda burada suyun miqdarı təxminən 10 dəfə azalaraq cəmi 100-150 litrə enib. 
 
Şəki Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Ramiz Məmmədovun fikirincə maksimal su sərfi son beş ilin ən aşağı səviyyəsində olub. Bu Azərbaycanın ölçmə işləri aparılan bütün ərazilərində öz əksini tapıb. Həmin aparılan ölçmə işləri əsasən regional Hidrometerologiya Müəssəsinin əhatə dairəsində olan Balakən, Kürmik, Tala, Şin, Əyri və Kiş çaylarında aparılıb. Maksimal su sərplərinin ölçülməsinin əsas məqsədi müəyyən infrastrktur layihələrin müəyyən edilməsi və onu tikintisində daşqın risklərin müəyyən edilməsidir. Bunun isə gələcəkdə su ehtiyatlarının təyin edilməsində çox böyük əhəmiyyəti var.
 
Hidroloq dağ çaylarının axıb töküldüyü ölkə əhəmiyyətli Alazan çayında da sululuğun azaldığını söylədi. Hazırda Şəki ərazisindən axan iki çayda quruma baş versə də əhalinin 70-80 faizini su ilə təmin edən Kiş çayında keçən illə müqayisədə suyun səviyyəsi təhlükəli həddə enməyib. 
 


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.