banner
banner

Dünya

Çində indi də kimyəvi zavod partladı

Çində indi də kimyəvi zavod partladı
Çinin Şandun əyalətinin şərqindəki kimyəvi zavodda bu gün güclü partlayış baş verib, ardınca isə yanğın olub. Obyekt yaşayış binalarından bir kilometrdən də az məsafədə yerləşir.
Partlayış 2 kilometrlik radiusda eşidilib, partlayış dalğasından evlərdəki pəncərələrin şüşələri yerindən qopub. Hadisənin səbəbi bilinmir. 
Xatırladaq ki, avqustun 12-də Çinin sənaye şəhəri olan Tyantzsində təhlükəli kimyəvi maddələr saxlanılan anbarda bir-birinin ardınca partlayışlar baş vermiş, insident nəticəsində 114 həlak olmuşdu.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.