Xalq artisti Aygün Kazımova bu yaxınlarda baş tutan "Ayrılarmı könül candan" adlı solo konserti ilə bağlı təəssüratlarını bölüşüb. Cia.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında bundan sonra fərqli konsert verəcəyini bildirib:
“Həmişə konsertdən sonra gözəl hisslər yaşayıram, elə bil yenidən doğuluram. Bundan sonra çox fərqli formatda konsert istəyirəm. Amma necə olacağını deməyəcəm. Mən paxıl insanam”.
Bu yaxınlarda xarici saytlardan birində A.Kazımova “Eurovision” yarışmasına təmsilçi kimi təqdim olunub. Müğənni bu məsələyə də münasibət bildirib:
“Pərəstişkarlarım bunla bağlı məlumat atıblar. Ciddi yanaşmamışam. Konsertdən sonra maraqlanacam ki, nə məsələdir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.