banner
banner

Dünya

Türkiyə ordusundan PKK-ya daha bir ağır zərbə

Türkiyə ordusundan PKK-ya daha bir ağır zərbə
Türk Silahlı Qüvvələrinin  avqustun 21-də  İraqın şimalında  PKK-ya qarşı keçirdiyi iki ayrı əməliyyat nəticəsində 70 terrorçu öldürülüb. 
Türk Silahlı Qüvvələri tərəfindən İraqın şimalında yerləşən Qəndil bölgəsindəki Bokriskan kəndinin şimal-şərqində, PKK-çıların  gizləndiyi sığınacaqlara və yaxınlığındakı sursat anbarları bombalanıb.
Əməliyyat nəticəsində  40 terrorçu öldürülüb. Əməliyyatdan sonra silah-sursat anbarlarında 3 gün fasiləsiz yanğın baş verib.
Eyni  gündə  İraqın şimalında yerləşən Mətnə adlı ərazidə də PKK-nın kampları bombalanıb. Bombardıman nəticəsində 30 terrorçu məhv edilib, 25-i isə yaralanıb.
 
Əməliyyatlar nəticəsində PKK-nın strateji obyektləri, silah-sursat anbarları məhv edilib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.