Həftə ərzində 48 saatdan çox işləyən adamlarda iflic keçirmə riski artır.
Cia.az BBC-yə istinadən xəbər verir ki, yarım milyondan çox insan üzərində aparılan bir araşdırma həftədə 35-lə 40 saat işləyənlərlə müqayisədə, 48 saat ərzində çalışanların iflic keçirmə ehtimalının 10 faiz artdığını ortaya çıxarıb. Nəticələri "Lancet" jurnalında dərc olunan araşdırmada həftədə 54 saat işləyən adamların iflic keçirmə ehtimalının 35-lə 40 saat çalışanlardan 27 faiz, 55 saatdan artıq çalışanlarda isə 33 faiz olduğu açıqlanıb. Mütəxəssislər saatlarla işləyən adamların təzyiqlərinə nəzarət etmələrini tövsiyə edir. Saatlarla işlə iflic arasındakı əlaqənin səbəbi hələ tam tapılmasa da, nəzəriyyələr arasında iş saatlarının çox olmasının yaratdığı stress və həyat tərzinin insan orqanizminə mənfi təsiri əsas yer tutur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.