Çeşmədəki tətillərini bitirib İstanbula dönən ulduz cütlük Halit Ergenç və Bergüzar Korel oğulları Əli ilə görüntüləniblər. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, zəhərli balığa ayaq basdığı üçün zəhərlənən Bergüzar mediaya bu halın Çeşmədə normal və hər kəsin başına gələ biləcək bir hadisə olduğunu söyləyib. O, artıq tam sağaldığını qeyd edib.
Bir müddət əvvəl fotokameralara görünmək istəməməyi ilə yadda qalan Əli bu dəfə rahat davranışı ilə diqqət çəkib. Onun həm anasına, həm də atasına bənzərliyi diqqətdən yayınmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.