banner
banner

Şou

Hamilə olarkən tərk edilən məşhurlar: doğuşa 9 gün qalmış...

Hamilə olarkən tərk edilən məşhurlar:

Ata-ana olacağını öyrənən cütlük üçün dünya anidən fərqli fırlanmağa başlayır.
Ümumi vəziyyət, əslində, belə olmalıdır. Amma bəzən işlər gözlənildiyi kimi davam etmir. Şou dünyasının məşhurları kimi.... 
Cia.az Türkiyə mediasına istinadən övladlarının dünyaya gəlməsini səbrsizliklə gözləyən, amma həmin ərəfədə sevgilisi tərəfindən tərk edilən, boşanmaq üçün məhkəmələrdə gün keçirən bəzi məşhur qadınların siyahısını təqdim edir.

Tom Bredi və Bricet Moynahan 2006-cı ildə münasibətlərini bitiriblər. Elə həmin ay Bredi indiki həyat yoldaşı Jizel Bündhen ilə sevgili olub. Hadisədən iki ay sonra Bricet Tomdan 4 aylıq hamilə olduğunu açıqlasa da, bu Bredinin fikrini dəyişdirməyıb. Moynahan isə subay ana olaraq oğlunu dünyaya gətirib böyüdüb.



Kevin Federlayn Britni Spirs ilə tanış olanda Şer Cekson ilə nişanlı olub. Həmin vaxt Cekson da ikinci uşağına hamilə imiş. Federlayn isə Britni ilə evlənir və ondan iki uşağı olur. 2006-cı ildə isə B.Spirs və Federlayn da ayrılı.b Britni uşaqlarını tək böyütdü və düşdüyü depressiyadan sonra musiqi karyerasında ciddi zərbə alıb.



2006-cı ildə Eddi Mörfi onu tərk edəndə Mel B. dörd aylıq hamilə olub. Vəziyyəti daha da qəlizləşdirən isə Mörfinin uşağın ondan olduğunu sübut etməsi üçün atalıq testi istəməsi idi. E.Mörfi qısa müddət sonra Treysi Edmonds isə birlikdə olmağa başlayıb. Sonradan bu münasibətin onun Mel B. ilə evli olarkən başladığı ortaya çıxıb.



Top model Haydi Klum da hamilə olarkən tərk edilən məşhurlardandır. Onu bu vəziyyətdə qoyub gedən isə böyük qızı Leninin atası Flavio Briatoredir. Məşhur iş adamı Klum ilə sevgili ikən iki ayrı qadınla ona xəyanət edibmiş. H.Klum ondan ayrıldıqdan sonra qızını dünyaya gətirib.



Kristina Milianın da başına hamilə olduğu zaman faciəvi hadisə gəlib. O, həmin dövrdə evli olduğu Ze Drimdən (The Dream) boşananda ilk uşağını dünyaya gətirməsinə sadəcə 9 gün qalmışdı. Kristina Drimin ona xəyanət etdiyini iddia edib. Hətta həyat yoldaşının köməkçisi ilə tətildə olarkən çəkilən fotoları da az sonra üzə çıxıb.



Meri Luis Parker 2003-cü ildə səkkiz ildir birlikdə olduğu Billi Krudup tərəfindən tərk ediləndə 7 aylıq hamilə olub. Billi sevgilisinin hamiləliyini məhəl qoymadan film çəkilişlərində tanış olduğu Kler Deyns ilə münasibət yaşayıb. Meri isə baş verənlər haqqında bir kəlmə danışmayıb. Uşağını dünyaya gətirib tək böyüdən ana "bu barədə danışmayacağam, çünki oğluma haqsızlıq olar" deyib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.