banner
banner

Sosİal

Diqqətli olmaq lazımdır – Saxta malı tanıyın!

Diqqətli olmaq lazımdır –

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Şagirdlər bu günü səbirsizliklə gözləsələr də , onların valideynlərini ən çox düşündürən məsələ övladlarını məktəbə tam hazır şəkildə göndərməklə bağlıdır. Bu il bir şagirdin məktəbə yola salınması üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait tələb olunur. 

Şagirdlər üçün ən vacib amil onların məktəbli formasının olmasıdır. Çünki ali təhsil müəssisələrində şagirdlərdən məktəbli forması geyinmək tələb olunur. Bu geyimləri isə Bakı Tikiş Evi tərəfindən hazırlanır. Məktəbli formasına köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir. 

Bakı Tikiş Evindən ANS PRESS-ə verilən məlumata görə bu ildən etibarən isə formaların materiallarının tərkibinə yun da əlavə olunub. Ümumilikdə materialın 25%-i yundan ibarətdir.Buna səbəb isə formaların ən çox qış aylarında istifadə olunmasıdır. Formaların qiymətləri isə ölçülərindən asılı olaraq dəyişir.Məktəbli formalarının satışına paytaxtın ayrı-ayrı satış məntəqələrində rast gəlinsə də onların heç də hamısı keyfiyyətli məhsul sayılmır. 

Eyni zamanda bu geyimlər nisbətən baha qiymətə satılır. Ona görə də saxta forma almamaq üçün bir sıra amillərə diqqət yetirmək lazımdır. İlk növbədə tikişlərə fikir vermək lazımdır. Saxta formaların tikişlərində gözlə görünən qüsurlar olur. Bundan əlavə parçanın keyfiyyətinə də baxmaq lazımdır. 

BTE-in satış şöbəsinin müdiri Etibar Əzimov valideynləri geyimləri yalnız fabrikin mağazalarından əldə etməyə çağırır. Onun sözlərinə görə fabrikə məxsus mağazalarda qiymət artımına yol verilə bilməz. Geyim almaq istəyənlər tikiş evinin paytaxtın müxtəlif rayonlarında yerləşən filiallarına müraciət edə bilərlər. 

Bakı Tikiş Evinin məktəbli formalarına təklif etdiyi qiymətlər 

Dərsliklərə gəlincə onlar şagirdlərə Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır. Amma digər ləvazimatları valideyn özü almalıdır. Dərs ləvazimatlarına gəldikdə isə hazırda paytaxt mağazalarında müşahidə olunan qiymətlər belədir: 

Qələm 0.10 AZN -1 AZN

Sadə karandaş 0.20 AZN -0.50 AZN

Dəftər 0.10 AZN- 1 AZN

Rəngli karandaşlar- 1AZN -6 AZN

Xətkeş- 0.20 AZN -1 AZN 

Çanta 15-40 AZN 

Su qabı 5- 12 AZN

Sonda belə bir nəticəyə gəlmək olar ki, bir şagirdin məktəbə tam hazır vəziyyətdə yola salınması üçün valideyinlərə ən azı 80-100 manat arası pul lazımdır. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.