banner
banner

Dünya

PKK yenə qan tökdü: 1 şəhid, 2 yaralı

PKK yenə qan tökdü:
PKK terrorçularının Diyarbəkir-Bingöl yolunda təhlükəsizliyi təmin edən hərbçilərə hücumu nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb.
Terrorçular Lice rayonunun Fisovası yaşayış məntəqəsinin yaxınlığındakı nəzarət postunda avtomobillərə baxış keçirən hərbçilərə hücum edib. PKK silahlıları raket və iriçaplı silahlardan hərbçilərin olduğu avtomobilləri atəşə tutub. Nəticədə 1 hərbçi şəhid olub, 2 əsgər yaralanıb.
Yaralanan hərbçilər helikopterlə  xəstəxanaya çatdırılıb.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.