Meqastar Tarkan 10 gün davam edəcək Harbiye konsertinə start verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, səhnəyə liftlə düşən müğənni açılışı "Ölürüm sana" mahnısı ilə edib. "Kuzu Kuzu", "Öp", "Şıkıdım" və "Kış Güneşi" kimi hit mahnılarını 7 min kişi ilə bir yerdə oxuyan Tarkan gecə bpyu izləyicələrə yüksək performans və şou göstərib. O, pop ifalarla yanaşı türkülər də ifa edib.
Səhnədə verdiyi birlik mesajı ilə alqış alan meqastar fikrini belə ifadə edib:
"Ayrı olduğumuzu fikirləşirik, amma əslində hamımız eyniyik. Sevgiylə döyünən ürəyimiz var. Bərabər ağlayıb, bərabər gülürük".
Müğənni konserti bitirdikdən sonra tamaşaçıların istəyi ilə yenidən səhnəyə dönərək "Aşk gitti bizden" mahnısı ilə gecəyə yekun vurub.
Konsertdə bilet tapılmadığı üçün pilləkənlərə də bilet satılıb. Şounu izləyənlər arasında Derin Mermerci, Cem Aydın, Fulya Terim, Buse Terim, Volkan Bahçekapılı, Tuba Ünsal, Arzu Sabancı və Oğulcan Engin kimi tanınmışlar da olub.
Tarkan bundan sonra Harbiyedə hələ 9 gün konsert verəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.