banner
banner

Şou

Müsəlman model buna görə təhqir olundu - fotolar

Müsəlman model buna görə təhqir olundu -
İtaliyanın Vegeto bölgəsindən Mərakeş əsilli Ahlam Əl Brinis ilk "Müsəlman Miss İtaliya" olmaq istəyir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, gələn ay gözəllik yarışmasına qatılacağına görə sosial şəbəkə üzərindən təhqir və tənqid olunan 20 yaşlı Ahlam "dinin adını pis təqdim etmək"də günahlandırılır.

Çimərlik və alt geyimləri ilə çəkdirdiyi fotolara görə tənqid olunan italyan model Fəs şəhərində yaşayan nənəsinin dəstəyindən güc aldığını deyib. Əl Brinis onu təhqir edənlər "vaxtı çox olan bekar adamlar" adlandırıb. O, "din qəlbdədir, geyindiyin paltarlarda deyil" şəklində münasibətini bildirib:

"Təhqir edənlər oldu, ancaq həm dostlarımdan, həm də heç tanımadığım insanlardan daha çox dəstək mesajı aldım. Dinin bir gözəllik yarışması ilə əlaqəsi olmamalıdır".

6 yaşında "Miss İtaliya" yarışmasını izləyərkən ilk dəfə gözəllik kraliçası olmağı arzulayan Brinis Vatikan yaxınlığındakı Jesolo qəsəbəsində təşkil edilən gözəllik yarışmasının son mərhələsinə qatılacaq.

İslam dininə hörmət etdiyini deyən Brinis özünü tamamilə italiyalı kimi hiss etdiyini deyib. O, ərəbcə bilmir və hazırda qardaşı ilə birgə yaşayır.
 
 


 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.