Aktrisa Beren Saatın "Kösem Sultan" serialının çəkilişləri ərəfəsində hamilə olması xəbəri gündəmdən düşmür. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, son illərin ən iddialı serialının baş rol ifaçısı dünən həyat yoldaşı Kənan Doğulu ilə Los-Ancelesdən döndükdən sonra Bodruma getmişdi.
Milas hava limanında obyektivlərə düşən aktrisa kökəlməsi və qarın nahiyəsindəki şişkinliyi ilə diqqət çəkib. Bundan əvvəl süni mayalanma yolu ilə hamilə qalması iddialarına cavab verərkən aktrisa "belə balaca vücudda hamiləliyi gizlətmək olmaz" demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.