Son 20 ildə 5 yaşından kiçik olan uşaqlarda piylənmə riski 60% artması tendensiyası müşahidə edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2013-cü ildə 5 yaşından kiçik dünya uşaqlarının 42 milyondan çoxu piylənməyə məruz qalıblar.
“Toppuş” uşaqlar əksər insanlarda “şirin” təəssüratı yaratdığından valideynlər və xüsusilə nənə-babalar uşağın kökəlməsi üçün canfəşanlıq edirlər. Uşağın körpəlikdən kök və ya arıq olması gələcəkdə piylənməyə məruz qalacağı və ya qalmayacağı haqda konkret fikirlər yürütməyə səhih əsas vermir. Lakin uşaqların ilk günlərdən qidalandırılma prosesinin nə cür olması onların piylənməyə məruz qalma riskinə birmənalı olaraq təsir edir.
Mədənin genişlənməsinə və nəticədə piylənməyə səbəb olan yedizdirmə üsulları: - Təmiz boşqab üsulu – uşağı doyana kimi deyil, qabını tam boşaldana kimi yedizdirmək. Əslində kiçik yaşlarından uşaqları israf etməməyə və son loxmaya kimi yeyib bitirməyə alışdırmaqda heç bir qəbahət yoxdur. Sadəcə yemək çəkərkən uşağın yeyə biləcək miqdarı böyüklər düzgün təyin etməlidirlər. Ən dəqiq miqdarı təsəvvür etmək “uşaq yumruğu porsiyası” prinsipinə əsaslanmaq olar. Hər bir insanın mədəsi onun yumuruğu həcmindədir. Uşağınızın yumuruğu ölçüsündən daha az qoyulan yemək çox ehtimal ki, sona qədər bitiriləcəkdir. Unutmayaq ki, mədədə yeməkdən əlavə su və hava üçün də yer qalmalıdır.
- Cəza və ya mükafat üsulu. Uşaqlarda qida nə cəza (“yeməyi yeməsən ciblərinə tökəcəm”, “bunu yeməsən gəzməyə getməyəcəyik”, vurmaq, qışqırmaq və s.), nə də hədiyyə ilə asossiasiya edilməməlidir. Əks təqdirdə uşaqlarda yetkinlik yaşından başlayaraq qidalanma vərdişlərində bir sıra ciddi psixoloji problemlər yarana bilər.
- Dağınıq fikir üsulu. Adətən valideynlər uşağın fikrini yayındırmaq üçün hadisələr nağıllamaq, cizgi filmi göstərmək, dilə və söhbətə tutmaqla yedizdirirlər. Bu zaman uşaq nəyi və nə qədər yediyini bilmədən avtomatik olaraq ağzını açır və udur. Bəzi valideynlər isə işlərini daha da asanlaşdırmaq üçün bütün növ yeməkləri blenderlə püre halına salırlar. Axıcı və çeynəmədən asan udulan qida qəbul etməyə öyrəşən uşaqların gələcəkdə çeynəmə problemləri yaranır. Unutmayaq ki, çeynəmə prosesi özü-özülüyündə sağlam qidalanmanın əsaslarındadır, ağız-çənə orqanları üçün çox faydalı və vacibdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.