banner
banner

Sağlamlıq

Bağırsaqdakı bakteriyalar

Bağırsaqdakı bakteriyalar

Bağırsaq bakteriyası xəstəliyi, adətən, yay aylarında yayılır. Bunun əsas səbəbi yayda meyvə çeşidinin çox olması və yuyulmadan yeyilməsidir.

Başqa sözlə, məhz adi sanitariya qaydalarının pozulması nəticəsində baş verir.

Bağırsaq bakteriyaları ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir. Adətən, bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar. Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin, onların həm immun sisteminin, həm də mədə-bağırsaq sisteminin hələ tam möhkəmlənməməsidir.

Qazi Universitetinin professoru Tarkan Qaralının sözlərinə görə, son illərdə yayılan  bir çox xəstəliyin əsas səbəbi məhz bağırsaq bakteriyalardır. İnsanın bağırsaq bakteriya strukturunun beş yaşına qədər olan dövrdə formalaşdığını bildirən Qaralı bu dövrdə istifadə edilən antibiotiklərin faydalı bağırsaq bakteriyalarını da məhv etdiyini bildirib. Tədqiqatlar göstərib ki, 5 yaşa qədər olan körpələrdə həddən artıq antibiotik istifadəsi bağırsaq xəstəliyini 2-3 dəfə artırır.

 

Bakteriyalar ruh sağlamlığına da təsir edir

 

Bağırsaq bakteriyalarının istehsal etdiyi kortizol və buna bənzər maddələr depressiya, təşviş, narahatlıq, bağırsaq xərçəngi, hətta şizofreniyaya da səbəb ola bilər. Professor depressiyaya düşən xəstələrin bağırsaqlarında bakteriya (Oscillobacteria) yaşadığını kəşf etdiyini də qeyd edib.

 

Həkimin sözlərinə görə, ancaq yuyulmamış meyvələr deyil, hazır və dondurulmuş qidalardan istifadə də mədə pozğunluğuna və bağırsaqda bakteriyalar əmələ gəlməsinə  təkan verir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.