Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan MHP lideri Dövlət Baxçalını məhkəməyə verib.
Cia.az-ın məlumatına görə, Ərdoğan MHP liderindən 100 min türk lirəsi dəyərində təzminat tələb edib.
Prezident Ərdoğanın vəkilləri Fatih Şahin, Muammer Cemaloğlu və Burhanəddin Sevencan tərəfindən verilən məlumata görə, Baxçalı 6 may və 3 iyun tarixində baş tutan mitinqdə Ərdoğanın ünvanına alçaldıcı ifadələr işlədib. Ərdoğanın hüquqlarının pozulduğu, Baxçalının ifadələrinin tənqid və ifadə azadlığı, haqq və vəzifə sərhədlərini aşdığı qeyd edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.