banner
banner

Sosİal

Azərbaycanda "Facebook" populyarlığını itirir

Azərbaycanda "Facebook" populyarlığını itirir

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-avqust aylarında 6,9 faiz aşağı düşüb. 

Cia.az xəbər verir ki, bu barədə Trend “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir. Facebook-un Azərbaycan bazarında avqustun sonuna olan payı 82 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5 faiz azdır.

2015-ci ilin ilk 8 ayının yekununa görə, Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə olan “Twitter” auditoriyasında 67,1 faiz artım qeydə alınıb. “Twitter” sosial şəbəkəsinin 2015-ci il avqustun 31-nə ölkə bazarında payı 9,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4 dəfə çoxdur.

2,35 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,98 faiz), “Vkontakte” (1,25 daiz), “Google+” (1,24 faiz), “StumbleUpon” (0,34 faiz) və başqaları gəlir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.