banner
banner

Dünya

İranda növbəti qadağa- Bu geyimlər satılmayacaq

İranda növbəti qadağa-

İranda ABŞ və Böyük Britaniya bayraqlarının olduğu geyimlərin mağazalarda satışı qadağan olunub. 

Cia.az xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. 

Tehran Təhlükəsizlik Xidmətinin rəhbəri Hüseyn Sacidiniya yayılan xəbərləri təsdiqləyib. 

Sacidiniya eyni zamanda satanist işarələri və ona bənzər geyimlərin satışının da qadağan olunduğunu açıqlayıb. 

O, bu tərz paltarları satan mağazaların bağlanılacağını bildirib. 

Qeyd edək ki, İran Məhkəmə Hakimiyyəti başçısı Ayətullah Sadiq Amuli Laricani ötən gün “cəmiyyət və ailə təşkilatının dəyərlərini ortadan qaldırmağı hədəfləyən mədəni nizamsızlıqlara qarşı mübarizə edilməsi” əmrini vermişdi.

Xatırladaq ki, İran rəhbərliyi bir müddət əvvəl  “Barbie” oyuncaqlarının satışını qadağan etmişdi. Həmin gəlinciklərin  yerinə Sara və Dara adında “İran və İslam mədəniyyətinə uyğun” körpələr satışa çıxarılmışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.