“Interview” jurnalının redaksiyası sentyabr buraxılışı üçün maraqlı layihə hazırlayıb.
Dərgi məşhurların selfi fotolarından ibarət üz qabığı hazırlayıb. Məqsəd isə ulduzların adi həyat tərzini oxuculara təqdim etməkdir.
Bu selfilərlə tanınmışlar həm də özlərini ifadə etmiş olublar.
Jurnalın baş redaktoru Kit Pollok açıqlamasında “Biz ulduzlara özlərini necə təqdim etmək istədikləri barədə təklif irəli sürdük. İstədik ki, qəhrəmanlarımız olduqları kimi görünsünlər”, – deyə bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.