Azərbaycanda daha bir qadını əri döydü- Uşağı qoyub qaçdı
Övladı ilə sığınacaqda qalan ana həkimə gedərkən əri tərəfindən qaçırılıb və döyülməkdən ayağı tutulub.
Bu haqda sosial şəbəkədə yazan Mehriban Zeynalova qadının hazırda Xəzər Rayon Polis İdarəsində olduğunu deyib: “Sığınacağımızda qalan bir qadın ay yarım bundan əvvəl uşağı ilə yaxınlıqdakı həkim məntəqəsinə gedib qayıtmamışdı. Dərhal bu barədə yaxınlıqdakı polis şöbəsinə məlumat vermişdik. Çünki o ərəfədə əri bizə zəng vursa da, qadın onun yerinin bildirilməməsini xahiş etmişdi. Qadın yoxa çıxdıqdan sonra əri bizə zəng vurub polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə qadının həyatının təhlükədə olduğunu dediyini əsas gətirdik. O isə bizə dedi ki, "mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi". İndicə polisdən zəng vurdularki, qadın polis idarəsindədir. Sən demə, indiyə kimi ərinin yanında imiş və əri onu gizlədib. Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. Polis şöbəsindədir. İşgəncədən bu dəfə uşağını da qoyub qaçıb”.
Mehriban Zeynalova hadisə ilə bağlı qadınla görüşdən sonra geniş məlumat verəcəyini qeyd edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.