Aktrisa Burcu Kara nişanlanıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, bir müddətdir sevgili olduğu reklamçı, rejissor Fırat Parlak ilə ailə qurmaq üçün ilk addımı atıb.
Burcu son zamanlar barmağında 150 min lirəlik (60 min manat) üzüklə görünürdü. Avqustun 29-da isə sevgililər yalnız ailələrin iştirak etdiyi nişan ediblər.
Qeyd edək ki, F.Parlak illərdir aktyor Tolqa Çevikin "Arkadaşım Hoşgeldin" verilişinin rejssorudur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.