“Şaban” obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Əli Sunal haqqında yayılan xəbərlərə əsəbləşib. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mediada yayılan “Əli Sunal öldü” iddiası aktyoru hövsələdən çıxarıb. Əli anası Gül Sunalın xəbəri eşitdikdən sonra ağlayaraq ona zəng etdiyini deyib. O, anasının göz yaşlarına səbəb olan informasiyanı yazanlara sosial şəbəkədən bu ismarışı göndərib:
“Bu xəbəri yayan heyvana səslənirəm! Sənin etdiyini heç heyvan da etməz, mən sənə ad tapa bilmədim. Tutaq ki, mən bu xəbərə güldüm keçdim, bəs anam? İndicə zəng vurub ağlayır. Mən şəhərdə deyiləm, kim bilir, yazını oxuyanda nə hala düşüb? Bəlkə də atamı itirdiyimiz gün yadına düşüb. Nəyə səbəb olduğunuzu başa düşürsən? Ananız, atanız, ailəniz yoxdur? Utanmırsınız? Bir ana ağlatdınız, bu günahın cəzasını necə çəkəcəksiniz?”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.