"Prezidentin fərmanı ilə vətəndaşlara yaşayış yeri haqqında arayışın verilməsi prosedurunun elektronlaşdırılması və 1 gün ərzində verilməsi cəlbedici görünür. Ona görə ki, ən azı insanları MİS-lərin (JEK-lərin) caynağından qurtarır.
Əslində isə, belə bir arayış ümumiyyətlə ləğv edilməlidir. Çünki bu arayış sovet dövründən qalma bir şey olmaqla yanaşı, həm də müasir elektronlaşmış cəmiyyət üçün lazımsız haldır". Bu fikirləri "Bizim Yol"a İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev açıqladı.
Ekspertin fikrincə, əgər bu arayış heç bir başqa sənəd tələb edilmədən, yalnız şəxsiyyət vəsiqəsi əsasında verilirsə, onda buna nə ehtiyac var: "Elə şəxsiyyət vəsiqəsində vətəndaşın qeydiyyat yeri göstərilib. Əlbəttə ki, ola bilər ki, vətəndaşın qeydiyyat yeri və yaşayış yeri fərqli olsun. Bəs "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) nə üçündür ki? Qoy bu sistem bütün qurumlara və vətəndaşlara açıq olsun və arayış istəyən hər bir qurum bu sistem vasitəsilə vətəndaşın yaşayış yerini dəqiqləşdirsin.
Bu sistemin tətbiqinin kəndlərdə yaşayan insanlara təsiri məsələsi də maraqlıdır. Hazırda kəndlərdə vətəndaşlara bu arayışı Rayon icra başçılarının kənd üzrə nümayəndələri verir. Kəndlərdə "ASAN xidmət" yoxdur. Kəndlilər arayış üçün rayon mərkəzlərinə gedəcək. Əgər kəndlərdə olan icra nümayəndələrinin İAMAS sisteminə giriş imkanları olacaqsa, niyə bütün qurumların və vətəndaşların ona girişi olmasın".
A.Mehtiyev əlavə etdi ki, ölkəmizdə belə sənədin tələb edilməsi 1997-ci il yanvarın 1-dən qanunla qadağan imiş: ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsinə görə ölkə vətəndaşından belə arayış istənilə bilməz".
1997-ci il yanvarın 1-dən qüvvəyə minən Qanundan çıxarış:
Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər:
Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:
1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə;
3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.
"Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
Maraqlıdır ki, yaşayış yeri haqqında arayışın verilməsi funksiyasının "ASAN Xidmət"ə ötürülməsi barədə bəndi Prezidentin fərmanına daxil edənlərin bu yuxarıdakı qanun barədə məlumatları yoxdur", - deyə A.Mehtiyev qeyd etdi.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.