Bu ölkədə İslam dini rəsmən qadağan edildi- Məscidlər bağlanır
Anqola hökuməti 2 illik hazırlıq prosesindən sonra ölkə ərazisində İslam dinini tamamilə qadağan edib.
Anqola prezidenti Xose Euard Santuşa bu qadağadan sonra İslam dininin ölkədəki hadisələrə təsir edə bilməyəcəyini qeyd edib.
Ölkənin mədəniyyət və turizm naziri Roza Kruz Silva qərarın Ədliyyə Nazirliyi tərəfindən verdildiyini və yaxın vaxtlarda bütün məscidlərin bağlanacağını bildirib:
“İslamın rəsmi qadağası vacib idi. Çünki bu din Anqolanın mədəniyyətindəki ənənələrə qarşı çıxır”.
Anqolanın əhalisini təxminən 16 milyon insan təşkil edir. Onlardan təxminən 90 min nəfərin müsəlman olduğu bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.