banner
banner

Sağlamlıq

Azərbaycan gənclərini kar edən qulaqcıqlar

Azərbaycan gənclərini kar edən qulaqcıqlar

Müntəzəm olaraq qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır.

ANS TV-nin məlumatına görə, bu gün qulaqcıqlar az qala gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Amma bu vərdiş də onların çoxunun sağlamlığını, həyatını təhlükə altına atır desək, yanılmarıq. Araşdırmalar göstərir ki, son 7 ildə qulaqcıqlı piyadaların iştirakı ilə yollarda baş verən bədbəxt hadisələr 3 dəfə artıb.

 

Qulaqcıq istifadəçiləri 30 yaşa qədər eşitmə qabiliyyətini itirmə riski daşıyırlar. Statistika da göstərir ki, dünyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkirlər.

 

Müşahidələrimiz göstərir ki qulağında qulaqcıq, özünü tamamilə musiqiyə "təslim etmiş" yeniyetmə və gənclərin sayı durmadan artır. Eyni zamanda paytaxtda sağa-sola baxmadan yolu keçən qulaqcıqlı gənclər də rast gəlmək olar.

 

Məhz təhlükəsizlik qaydalarına riayət etməyən qulaqcıqlı gənclər sürücülər üçün də təhlükə mənbəyidir.

 

Amerikalı mütəxəssislər elektron sistemlərində toplanılan travmatoloji hesabatların, eləcə də internet axtarış motoru "Google"in 2004-2011-ci illəri əhatə edən xəbərlər arxivinin təhlilini aparıblar.

 

Alimlər yol-nəqliyyat hadisələrində zərər çəkmiş və insident zamanı qulaqcıqla olmuş piyadalara xüsusi diqqət ayırıblar.

 

Ümumilikdə hadisələrin 70 faizinin piyadaların ölümü ilə nəticələndiyi bəlli olub. O da bəllidir ki,"Musiqi can dərmanıdır" sözlərini əbəs yerə deməyiblər.

 

Bu dərmandan da dozadan artıq istifadə etməmək məsləhətdir. Necə ki, qədərindən artıq hər bir şey fəsadlar törədir. Özünüzdən və ən əsası isə qulağınızdan müğayət olun.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.