Müğənni Xuraman Şuşalının avtomobilinin nömrə nişanını itirməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, sənətçi maşınının nömrəsini tapıb. X.Şuşalı bu haqda sosial şəbəkədə yazıb:
“Bu gün nömrəmi gətirib verdilər. Çox şükür... ATV kanalına, “Gündəlik” verilişinə, Mətanət Əliverdiyevaya təşəkkür edirəm. Nömrəni tapıb gətirən bəy, Allah sizdən razı olsun”.
Qeyd edək ki, müğənni nömrəsini tapana mükafat verəcəyini vəd etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.