Dünyanın danışdığı foto- O da əvvəl xoşbəxt idi...
"Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?"
Bu sözləri “İndependent” qəzeti ötən gün 6 nəfərin həyatını itirdiyi hadisədə ölümü ilə dünyaya səs salan Aylan üçün deyib. 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən də yunan adalarına qaçmaq istəyən zaman rezin botları batıb və körpə qardaşı ilə birlikdə həyatını itirib. Körpənin cansız bədəni sahildə tapıldıqdan bir müddət sonra özündən bir yaş böyük qardaşının da eyni xəbəri ürəkləri yandırdı. İki qardaşın xoşbəxt günlərdə çəkdirdiyi iddia olunan fotolar sosial mediada tez bir zamanda yayılıb. Dünyaca məşhur fotoqrafların paylaşdığı bu fotolardakı körpələrin xoşbəxt simaları və sonrakı faciəvi ölümləri dünyanı kədərə boğub.
Qeyd edək ki, Bodrumdan Kosa gedən 6 nəfərin olduğu rezin botun batması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər boğularaq ölüb.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.