Bakıda görünməmiş hadisə- “Ştrafnoy”a taksi ilə+Foto
Bakıda vətəndaşlar yol polisinin inanılmaz hərəkəti ilə rastlaşıblar.
Cia.az xəbər verir ki, sakinlərdən birinin məsələ ilə bağlı çəkdiyi şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, həmin şəxs polisin motosikleti cərimə meydançasına taksi ilə aparmağa cəhd etdiyini iddia edib.
Məlumata görə, hadisə bu gün baş verib. Yol polisi motosikleti saxlayıb və gənc oğlanla qızı düşürüb. İnsidenti vətəndaşın nəql etdiyi formada təqdim edirik:
“Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq “gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən “badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir.
Bu an taksi sürücüsü narazılığını bildirki ki bəs “ay kişi sən nə edirsən, bu adam daşımaq üçün taksidi, evakuator deyil!...”
Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.