Fransa prezidenti Fransua Olland Türkiyə dövlət başçısı Rəcəb Tayyub Ərdoğanla telefon danışığı aparıb.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olland Elysee Sarayında İrlandiyanın baş naziri Enda Kennini qəbul etdikdən sonra bir neçə dünya liderləri ilə telefonla əlaqə saxlayıb. Onlar sırasında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanda olub.
O, jurnalistlərə açıqlamasında Ərdoğanla müzakirəsinin detallarını açıqlayıb.
Fransa prezidenti Ərdoğanla Bodrumda suriyalı uşağın sahilə vuran cansız bədəninin fotoları barədə müzakirə aparıb.
Bu fotolardan sonra bütün dünyada məsuliyyət şüurunun canlandırılmasının lazım olduğu qeyd olunub.
Olland fotoların dünya gündəmini zəbt etdiyini, immiqrantlara qarşı münasibətin və nəzarətin gücləndirilməsini bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.