Bu il 42-ci dəfə keçirilən və ABŞ xaricində yayımlanan televiziya layihələrinə verilən "Emmy" beynəlxalq mükafatına namizədliyi irəli sürülən ilk türk aktrisa Tuba Büyüküstün sosial şəbəkədə mükafatlandırma gecəsindən olan fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, həyat yoldaşı, aktyor Onur Saylakla birlikdə Nyu-Yorkda olan Tuba “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə yarışıb. Lakin o, həmin gecədən əliboş qayıdıb. Aktrisanın rəqibləri Olivie Kolman, Romina Qaetani, Bianka Krijgsman kimi məşhurlar olub. Adıçəkilən nominasiya üzrə qalib isə hollandiyalı Bianka Krijdsman seçilib.
Qeyd edək ki, Tuba Büyüküstünün “Emmy”yə namizədliyi “20 dəqiqə” filmi ilə irəli sürülmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.