banner
banner

Gündəm

Sadıq Sadıqov Çingiz Abdullayevə cavab verdi

Sadıq Sadıqov Çingiz Abdullayevə cavab verdi
“İnanmıram ki, Çingiz Abdullayev belə danışsın. Onun sözləri yəqin səhv başa düşülüb”. Cia.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin “Biz gələndə klubun 3 milyon dollara yaxın borcu var idi” açıqlamasını şərh edən klubun keçmiş prezidenti Şura sədrinin belə söz dediyinə inanmadığını bildirib:
 
“Biz komandanı təhvil verəndə futbolçuların və klub işçilərinin iki aylıq əmək haqqı verilməmişdi. O da müvəqqəti çətinlikdir, olur belə şeylər. Sonra sponsor bu məsələni də həll edib. Bizim vaxtımızda “Neftçi” kollektiv tərəfindən idarə olunub və hər şey de tam şəffaf olub. Bir daha deyirəm, Çingiz müəllimin belə danışdığına inanmıram”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.